Gələcəyi dəyişdirəcək 10 texnologiya May 27, 2015 | 11:00 / Maraqlı məlumatlar

popmech.ru saytında gələcəyi dəyişdirəcək 10 texnologiya haqqında məlumat öz əksini tapıb:

– “Electrolux Memory” qəhvədanı içkinin fərdi sifarişlə hazırlanması üçün yaradılıb. Sensor ekrana əllə toxunma, sevimli qəhvə növünün seçilməsi və şəxsin adının daxil edilməsi ilə sistemə qoşulmaq mümkündür. Növbəti dəfə elektron qurğu insanı ovcuna görə tanıyır və onun zövqünə uyğun qəhvə bişirir.

–  “Napkin PC” adi salfet qabı kimi görünsə də, əslində elektron qələm və ekranlar üçün dok-stansiyadır. Qurğu enerjiyə qənaət edir və çəkilmiş şəkili yaddaşda saxlaya bilir.

– Şəffaf qolbaq formasında pleyer musiqini səsləndirə və səsi tanıya bilir. Kompozisiyanın adını ucadan tələffüz etməklə və ya musiqini zümzümə etməklə (təhrifsiz) qurğu axtarılan musiqini səsləndirir.

– Ağıllı yol konsepti xüsusi seçilmiş zolağın köməyi ilə elektrik avtomobillərə tələbatın stimullaşdırılması üçün nəzərdə tutulub. Bu, hava haqqında informasiya, əlavə zolaqlar, sensor işıqlandırma və qaranlıqda işıqlanan nişanlara malik interaktiv yol qatıdır.

– “Ocado” soyuducusu kaloriləri hesablayır, məhsulların saxlanılma müddətini yoxlayır. Ən əsası isə avadanlıq insan müdaxiləsi olmadan təmizlənir.

– Sinqapur Milli Universitetində hazırlanmış taktil (təmasla işləyən) lüğət şəhadət barmağının ucuna və qulağa taxılan iki elementdən ibarətdir. Kitabdakı sözlərə toxunmaqla onun mənası haqqında informasiyanı, digər dillərə tərcüməsini və hətta onunla bağlı tarixi hadisələri eşitmək mümkündür.

– “Walt Disney” studiyası cizgi filmlərlə yanaşı, texnoloji konseptlər də hazırlayır. İdeyalardan biri səsin ötürülməsi üçün insan bədəninin imkanlarından istifadə etməkdir.

– Naqilsiz neyro-dəbilqə istehsalçısı “EPOC” insanın kompüterlə təması üsulunu dəyişdirmək niyyətindədir. Qadjetdə insanın düşüncələrini qeydə alan böyük miqdarda datçik quraşdırılıb. Bu düşüncələr sonradan kompüter əmrlərinə çevrilərək “Bluetooth” vasitəsilə fərdi kompüterə ötürülür.

– Massaçusets Texnologiya İnstitutunun mühəndisləri elektrik enerjisini maqnit enerjisinə çevirməklə elektrikdən naqilsiz istifadə üsulunu aşkarlayıb. Ötürücü və qəbuledici qurğular insanın büdrəyib yıxılma təhlükəsini aradan qaldıraraq bir-biri ilə qarşılıqlı təsirdə olacaq.

– Bionik kontakt linzaları üzvi polimerdən olan membrana quraşdırılmış mikroprosessor və antenə malik elektron sxemlərdən ibarətdir. Onların köməyi ilə barmaqların hərəkətinə görə internetə qoşulmaq mümkün olacaq. Bütün informasiya linzalarda holoqram formasında meydana çıxacaq.

Bu texnologiyalar insanların onları əhatə edən dünya və bir-biri ilə yeni üsullarla qarşılıqlı təsirdə olmasını təmin edəcək, lakin kütləvi istifadə üçün hələ ki əlçatan deyil.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı