“Samsung” iki əməliyyat sistemi ilə işləyən hibrid noutbuku patentləşdirir May 26, 2015 | 04:00 / Maraqlı məlumatlar

Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-ın patent idarəsinə (United States Patent and Trademark Office – USPTO) iki əməliyyat sistemindən istifadəyə imkan verən hibrid mobil qurğunu patenləşdirmək üçün müraciət edib.

Qurğu smartfon və fabletlər üçün noutbuk formasında dok-stansiyadır. Şirkətdən bildirilib ki, mobil cihaz klaviaturanın üzərində yerləşən xüsusi hissədə quraşdırılacaq. Bununla da smartfondan portativ kompüterin “beyin mərkəzi” kimi istifadə olunacaq.

3dnews.ru saytının məlumatına əsasən, qurğu “Android” əməliyyat sisteminin idarəsi altında işləyəcək. Dok-stansiyaya quraşdırılma zamanı “Windows” platformasına keçid gerçəkləşəcək. Mobil cihaz hibrid rejimdə əlavə ekran rolunu oynaya biləcək.

Qeyd edək ki, patentləşdirilən qurğunun satışa çıxarılma tarixi haqqında məlumat verilmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı