Mobil internet bazarının həcmi 3 dəfə artacaq May 26, 2015 | 03:00 / Maraqlı məlumatlar

Smartfon satışlarının artım tempinin azalmasına baxmayaraq, mobil qurğular üçün internet texnologiyalar bazarı inkişaf edir. “Digi-Capital” analitiklərinin proqnozuna əsasən, “Apple”ın indiki bazar kapitallaşması (764 milyard dollar) ilə müqayisədə mobil internetin həcmi böyük olacaq.

2014-cü ildə mobil internet bazarında gəlir 300 milyard dollar olubEkspertlərin fikrincə, bu göstərici 2018-ci ilədək 850 milyard dollara çatacaq. Mütəxəssislər cihazlarda göstərilən reklam xərclərini, istehlak və korporativ proqramları, mobil ticarəti bu seqmentə aid edirlər.

ictnews.az saytının məlumatına görə, reklamın 3 il sonra mobil internet bazarının ikinci ən böyük seqmentinə çevrilməsi gözlənilir. Reklam satışlarının həcmi smartfon və planşetlər üçün proqram təminatı tərtibatçılarının gəlirini ötəcək. Korporativ proqram təminatına tələbatın artım tempi istehlakla müqayisədə aşağı olacaq.

2014-cü ildə mobil ticarət bazarının həcmi 200 milyard dolları ötüb və bu göstəricinin böyük hissəsi Asiyanın payına düşüb.

“Digi-Capital”, həmçinin 2018-ci ilədək mobil oyunlar bazarının 45 milyard dollaradək artacağını proqnozlaşdırır ki, bu da oyun sahəsində qlobal gəlirin 40 faizi deməkdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı