Rasim Şərif oğlu Mahmudov 1972-ci ildə anadan olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 

1996-2006-cı illərdə müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərmişdir.

2007-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda çalışır. 

İnformasiya cəmiyyəti, informasiya iqtisadiyyatı, İnternet iqtisadiyyatı, informasiya təhlükəsizliyi, İnternetin tənzimlənməsi, Big Data, Əşyaların İnterneti, İnternet-media istiqamətləri üzrə elmi-tədqiqatlar aparır. 

70-dən çox elmi əsərin müəllifidir.

2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” kursunu tədris etmişdir.

2010-2021-ci illərdə “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnalının məsul redaktoru olmuşdur. 
2016-cı ildən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin mudiridir. 

2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın üzvüdür.

2021-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tabeliyində Dördüncü Sənaye İnqilabının təhlili və Koordinasiya Mərkəzi yanında fəaliyyət göstərən daimi işçi qrupunun üzvüdür.

 

Elmi əsərləri haqqında məlumat.


Xidməti tel.: (+994 12) 510 16 01

Mobil tel.:    (+994 55) 785 09 58 

Elektron poçtu: pr@iit.science.azrasimmahmudov@gmail.com 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı