Tel. | (+994 12) 539 72 26 |
Elektron poçtu | alovsat_qaraca@mail.ru, depart_6@iit.science.az |
Struktur bölmənin rəhbəri | İqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Qaraca oğlu Əliyev |
Əsas fəaliyyət istiqamətləri | - İKT sferasının effektiv inkişafı problemləri;
- İKT-yə əsaslanan informasiya (rəqəmsal) və bilik iqtisadiyyatının formalaşması və perspektiv inkişafı problemləri;
- Rəqəmsal innovasiya iqtisadiyyatın formalaşma və inkişaf konsepsiyasının işlənilməsi;
- E-iqtisadiyyatın elekton hökumət platformasında formalaşma və inkişaf konsepsiyasının işlənilməsi;
- İnnovasiyaların və MİS-in effektiv idarəetmə metodlarının işlənilməsi;
- İnformasiya (rəqəmsal) və biliklər iqtisadiyyatının innovativ proseslərinin qiymətləndirilməsi;
- İnnovasiya strukturlarının və proseslərinin formalaşması və səmərəli inkişaf səviyyəsinin qiymətləndirilməsi problemləri;
- Elm-sənaye texnoparklarının formalaşması və səmərəli inkişaf səviyyəsinin qiymətləndirilməsi problemləri;
- E-kommersiya sistemlərinin və proseslərinin formalaşması və səmərəli inkişaf istiqamətlərinin işlənilməsi;
- İKT əsasında Cəmiyyətin və iqtisadiyyatın dayanıqlı yaşıl, inklüziv və kibertəhlükəsiz inkişafı problemləri və həll istiqamətləri;
- Dördüncü sənaye inqilabının iqtisadiyyatda tətbiqi problemləri;
- Rəqəmsal innovasiyaların transformasiyası problemləri;
- İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələlərinin araşdırılması;
- Yeni İKT əsaslı Texnoloji iqtisadiyyat sektorlarının formalaşması və səmərəli inkişaf istiqamətlərinin işlənilməsi;
- Neft sənayesi iqtisadiyyatının kiberdayanıqlı yaşıl, inklüziv inkişafı problemlərinin həll istiqamətləri;
- Qeyri-neft səaye potensialının təhlükəsizliyi və kiberdayanıqlı inklüziv inkişafı problemlərinin tədqiqi və həll istiqamətlərinin işlənilməsi;
- Rəqəmsal innovasiya iqtisadiyyatın formalaşması və inkişafının kiberdayanıqlığının yüksəldilməsi istiqamətlərinin işlənilməsi.
|
Əsas elmi nəticələri | - İnformasiya (rəqəmsal) və bilik iqtisadiyyatının formalaşma istiqamətləri təklif olunmuşdur;
- İnformasiya və biliklər iqtisadiyyatının ölçülməsi üzrə kompozit indikatorlar sistemi işlənilmişdir;
- Texnoparkların fəaliyyətinin təşkili və idarə olunması üzrə konseptual model və mexanizmlər təklif olunmuşdur;
- Sosial iqtisadi xarakterli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi üçün müxtəlif təyinatlı informasiya təminatı sistemlərinin yaradılması prinsipləri verilmişdir;
- İnnovasiya prosesləri və strukturlarının xarakterik göstəriciləri və kriteriyaları işlənilmiş və qiymətləndirilmə metodikası verilmişdir;
- İKT sahəsinin inkişafının iqtisadi göstəriciləri təhlil edilmişdir;
- İqtisadiyyatın rəqəmsallaşdırılmasının perspektiv istiqamətləri təhlil olunmuşdur;
- Sənaye müəssisələrinin rəqəmsal innovasiyalar əsasında effektiv fəaliyyətin təşkili problemləri araşdırılmışdır;
- İnformasiya cəmiyyətində E-kommersiya texnologiyasının tətbiqi və inkişafı üzrə model və mexanizmlər işlənilmişdir;
- İqtisadiyyatın yaşıl, inklüziv və kibertəhlükəsizlik texnologiyalar əsasında dayanıqlı inkişaf problemləri araşdırılmışdır;
- İşğaldan azad olunmuş ərazilərdə rəqəmsal innovasiyaların tətbiqi məsələləri araşdırılmışdır.
|