Las-Veqasda International CES 2015 sərgisi keçiriləcək Dekabr 24, 2014 | 10:57 4132

Yanvarın 6-da ABŞ-ın Las-Veqas şəhərində International CES 2015 sərgisinə start veriləcək. Rəqəmsal texnologiyaların inkişafında flaqman hesab olunan istehlak elektronikası sərgisi Məişət Elektronikası Assosiasiyası (Consumer Electronics Association) tərəfindən təsis edilib. Qurum məişət texnikası və elektronika bazarının inkişafı, yeni texnologiyaların istehlak bazarlarına yönəldilməsi ilə məşğul olur.

CES 2015-in əsas eksponentləri və ziyarətçiləri İnternet-provayderləri, naqilsiz texnologiyalar üzrə mütəxəssislər, peyk televiziyası üçün aparatura tədarükçüləri, mühəndis və montajçılar, korporativ alıcılar, həmçinin dünya üzrə hökumət liderləridir.

hifinews.ru saytının bildirdiyinə görə, sərginin məhsulları aşağıdakı kateqoriyalar üzrə təqdim ediləcək:

Rəqəmsal TV / HDTV, rəqəmsal fotoşəkil, bluetooth texnologiyaları, e-kommersiya, MP3, WI-FI texnologiyaları, İnternet proqramları və xidmətləri, evin təhlükəsizliyi və avtomatlaşdırılması, elektron oyunlar və s.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı