“Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək Oktyabr 09, 2014 | 02:03 5720

4 dekabr 2014-cü il tarixdə 20-ci "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfrans"ı ("BakuTel 2014") çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.

Tədbirin təşkilatçıları AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransın istiqamətləri:

E-dövlətin elmi-nəzəri əsasları;

E-dövlət quruculuğu strategiyaları;

E-dövlət və e-idarəçilik modelləri;

E-demokratiya və e-seçki sistemi;

E-dövlətin ölçülməsi problemləri və rəqəmsal fərqlilik;

E-dövlətin informasiya təhlükəsizliyi problemləri;

E-dövlətin perspektiv texnologiyaları;

E-dövlətin formalaşdırılmasının normativ-hüquqi bazası.

Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə elektron şəkildə egov@iit.ab.az, farhadyusifov@gmail.com ünvanına təqdim edilməlidir.

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunmalıdır. 

Şablonu yükləmək olar Sample_IEEE.pdf (55 KB). 

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi Sample_AZ.pdf (79 KB). 

Mühüm tarixlər

30 oktyabr 2014-cü il - Məruzələrin təqdim edilməsinin son günü 

15 noyabr 2014-cü il - Məruzələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü

4 dekabr 2014-cü il - Konfransın iş günü

Əlaqə:

AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12) 539-01-67 
        (+994 12) 510-12-60

E-poçt: egov@iit.ab.azfarhadyusifov@gmail.com  
Faks: (+994 12)539-61-21

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı