“Global Webit-2014” texnologiyalar konqresi keçiriləcək Avqust 27, 2014 | 11:02 5627

Texnologiya və elektron kommersiya dünyasında  ən böyük tədbir olan “Global Webit-2014” altıncı beynəlxalq konqresi 1-2 oktyabr tarixlərində İstanbulda “Halic” konqres mərkəzində keçiriləcək.

Ənənəvi olaraq Avropa, Yaxın Şərq və Afrika ölkələrinin mütəxəssislərini birləşdirən tədbir bu il adıçəkilən regionlarda yerləşən 110 ölkədən on mindən çox iştirakçını bir araya gətirəcək. Konqres çərçivəsində iki paralel işçi zona – Rəqəmli zona və Texniki zona təşkil ediləcək.
 
Konqresin saytına əsasən, tədbirdə yüksək kateqoriyaya məxsus mütəxəssis və rəhbərlər iştirak edəcək.

Tədbir iştirakçıları mobil texnologiya, elektron ticarət, internet-marketinq, telekommunikasiya sahəsində dünya səviyyəli 260 spikerin çıxışını dinləyəcək.

Tədbir çərçivəsində müzakirə panellərində iştirak etmək, gələcək müştərilərlə tanış olmaq və sərgidə şəxsi həllərini nümayiş etdirmək, aparıcı investisiya şirkətləri ilə əlaqə saxlamaq imkanı var.

Konqresdə gənc internet-texnoloqlar və digital-startapçılar biznes imkanlarının inkişafı və əlaqələrin genişləndirilməsi üçün böyük imkanlara malik olacaq. Müxtəlif ölkələrin ən nüfuzlu ixtisaslaşdırılmış KİV-dən 300-dən çox jurnalist konqresin işini işıqlandıracaq.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı