İnstitutda “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək Yanvar 23, 2020 | 11:38 2281

Bu ilin may ayında AMEA İnformasiya Texnologiyaları İnstitutunda 17 may – Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti gününə həsr olunmuş “Süni intellekt: çağırışlar, problemlər və perspektivlər” mövzusunda ümumrespublika elmi-praktiki konfransı keçiriləcək. 

İnstitutun Elmi şurasının bu gün keçirilən iclasında bu barədə danışan AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev bildirdi ki, süni intellekt 4-cü sənaye inqilabının əsas trendlərindən biridir. Alimin fikrincə, bu texnologiyanın bir sıra sosial-iqtisadi problemləri mövcuddur ki, bunların araşdırılmasına ehtiyac duyulur. 

Buna görə də institutun hər bir əməkdaşının süni intellekt ideologiyasının carçısına çevrilməsinin, süni intellektin ümumfəlsəfi əsasları üzrə tədqiqatların aparılmasının mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı