“SMAU 2019 – beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi” keçiriləcək Oktyabr 18, 2019 | 11:21 2669

23-24 oktyabr 2019-cu il tarixlərində İtaliyanın Milan şəhərində “SMAU 2019 – beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi” keçiriləcək.

1964-cü ildən keçirilən sərgidə informasiya, telekommunikasiya və rəqəmsal texnologiyanın əldə etdiyi ən son nailiyyətlər nümayiş olunacaq.

expoclub.ru saytının verdiyi məlumata görə, beynəlxalq sərgi açıq havada – 2005-ci ildə istifadəyə verilən, dünyanın ən böyük komplekslərindən biri Fiera Milano sərgi mərkəzində keçiriləcək.

“SMAU 2019” çərçivəsində informasiya texnologiyaları sahəsində müəyyən çətinliklərlə üzləşən kiçik və orta sahibkarlıq müəssisələri üçün “Digital Workstyle” adlı seminarın, həmçinin texnoloji yeniliklərə və bu sahədə əldə olunan uğurlara həsr edilən dəyirmi masa, treninq və diskussiyaların keçirilməsi nəzərdə tutulub.

Tədbirin “İnnovation İtineraries” layihəsi İKT dünyasının ən böyük “oyunçularını” bir yerə toplayacaq. Burada dünyanın bir çox universitetlərinin, elmi-tədqiqat laboratoriyalarının, innovativ tərəqqi qazanmış qabaqcıl şirkətlərin nümayəndələri informasiya texnologiyaları, telekommunikasiya, aerokosmik sənaye, robototexnika, bio və nanotexnologiya, habelə tibb sahəsində əldə etdikləri ən son nailiyyətləri  təqdim edəcəklər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı