“Süni intellekt” mövzusuna həsr olunmuş Biznes İnnovasiya Konqresi keçiriləcək Sentyabr 23, 2019 | 11:17 2945

10 oktyabr 2019-cu il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində “Süni intellekt” mövzusuna həsr olunmuş Biznes İnnovasiya Konqresi (Business Innovation Congress) keçiriləcək.

2012-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində keçirilən biznes-innovasiyalar konqresi böyük və kiçik biznes sahibkarları, təşkilatların nümayəndələri, ekspertlər, investorlar və ixtiraçılar üçün biznes-meydançadır.

Konqresin proqramında dünya üzrə tanınmış mütəxəssislərin çıxışları, işgüzar görüşlər, həmçinin tematik dairəvi masalar çərçivəsində ekspert sessiyaları nəzərdə tutulub. Tədbir çərçivəsində “Texnoloji inkişaf trendləri”, “Süni intellekt və gələcək” , “Süni intellekt əsrində biznes və insan” bölmələri üzrə müzakirələr aparılacaq.

Konqres haqqında ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı