“Rəqəmsal cəmiyyət və e-dövlət” XII beynəlxalq konfransı keçiriləcək Sentyabr 25, 2017 | 02:00 7177

25-29 mart 2018-ci il tarixlərdə Roma şəhərində (İtaliya) “Rəqəmsal cəmiyyət və e-dövlət” XII beynəlxalq konfransı (The Twelfth International Conference on Digital Society and eGovernments – ICDS 2018) keçiriləcək.

Konfransın əsas istiqamətləri İnternet və veb-xidmətlər, e-ticarət və e-biznes, intellektual hesablamalar, şəbəkə və telekommunikasiya, rəqəmsal analiz, sosial şəbəkələşmə, kiber-qanunlar, mobil cihazlar, biotexnologiyalar və digər mövzuları əhatə edir.

Qeyd edək ki, konfrans üçün məqalələr 5 noyabr 2017-ci il tarixinədək təqdim edilməlidir. Məqalələr “IARIA journals”da dərc ediləcək.

Daha ətraflı məlumatı www.iaria.org saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı