“Müəllim hazırlama siyasəti və problemləri” V Beynəlxalq Simpoziumu keçiriləcək Aprel 17, 2015 | 10:52 4884

30 aprel - 2 may 2015-ci il tarixlərdə Bakıda Türkiyənin Hacettepe Universiteti (HU) Pedaqoji fakültəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qafqaz Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Müəllim hazırlama siyasəti və problemləri” V Beynəlxalq Simpoziumu keçiriləcək.

HU Pedaqoji fakültəsi, ADPU və Qafqaz Universiteti Pedaqoji fakültəsi arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində təşkil ediləcək tədbirin məqsədi müəllim hazırlama siyasəti və problemlərinin beynəlxalq platformada müzakirəsi, bununla bağlı həll yollarını təklif etmək, təcrübə mübadiləsi aparmaq və müəllimlik peşəsinə dəyərli töhfələr verməkdir.

Tədbirdə aşağıdakı istiqamətlər üzrə müzakirələr aparılacaq:

Müəllim hazırlama siyasəti və strategiyaları

Müəllim hazırlama proqramları

Müəlimin rol və keyfiyyətləri

Müəllim hazırlama problemləri

Müəllim hazırlığında təkmilləşdirmə və müəllimin özünütəhsili

Müəllim hazırlama və müasir yanaşmalar

Müəllim hazırlamada beynəlxalq tədqiqatlar və təcrübələr

Müəllim hazırlığında İKT-dən istifadə

Müəllimlik pəşəsi sahəsində mütəxəssis hazırlama                                          

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı