“Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçiriləcək Aprel 16, 2015 | 04:00 4856

Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final mərhələsi mayın 2-si saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

Qeyd edək ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiada 2007-ci ildən AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilməkdədir.

Olimpiadanın 5 aprel 2015-ci il tarixdə Qafqaz Universitetində keçirilmiş ilk mərhələsində respublikanın 14 ali təhsil müəssisəsindən 50 komanda iştirak etmişdir. Qaydalara əsasən, müsabiqədə 14 ali təhsil müəssisəsindən ən yaxşı nəticə göstərən 12 komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanmışdır.

Finalda ilk 4 yerə layiq görülən komandalar sponsorların təqdim etdiyi hədiyyələr, habelə fəxri fərman, diplom və sahə üzrə müxtəlif kitablarla mükafatlandırılacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı