Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2002-ci il tarixli 865 nömrəli sərəncamına əsasən, Birləşmiş Millətlər Təşkilatinin Inkişaf Proqrami ilə birlikdə hazırlanmış, müvafiq milli və beynəlxalq qurumların müsbət rəyinialmış Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) Azərbaycan Respublikası üçün əhəmiyyətini nəzərə alaraq qərara alıram:

 

  1. Azərbaycan Respublikasının İnkişafı naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər) təsdiq edilsin;
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2003-cü il