A
A
A
San serif
Serif
Azərbaycan milli mətbuatının 130 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram: 1. Aşağıdakı qəzetlərin redaksiyalarının və informasiya agentliklərinin hər birinə 10 milyon manat vəsait köçürülsün: "ASSA-İRADƏ" agentliyi "Ayna" - "Zerkalo" qəzeti "Azad Azərbaycan" qəzeti "Azadinform" agentliyi "Azadlıq" qəzeti "Azəri-Press" İnformasiya Agentliyi (APA) "Bakı-Xəbər" qəzeti "525-ci qəzet" "Bizim əsr"/"Naş vek" qəzeti "Exo" qəzeti "Ekspress" qəzeti "Ədalət" qəzeti "Gün-səhər" qəzeti "Həftə içi" qəzeti "Xalq cəbhəsi" qəzeti "İki sahil" qəzeti "Kaspi" qəzeti "Mərkəz" qəzeti "Mövqe" qəzeti "Novoye vremya" qəzeti "Olaylar" qəzeti "Palitra" qəzeti "Paritet" qəzeti "Səs" qəzeti "Şərq" qəzeti "Trend" İnformasiya Agentliyi "Turan" İnformasiya Agentliyi "Üç nöqtə" qəzeti "Yeni Azərbaycan" qəzeti "Yeni Müsavat" qəzeti 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 iyul 2005-ci il |