Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli 1746 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram: 1. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Dövlət Proqramının maliyyələşdirilməsi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilsin. 3. Bu Sərəncamla təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına nəzarət Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya həvalə edilsin. 4. "Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 may tarixli 831 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 5, maddə 445, № 7, maddə 620) 2-ci bəndində "Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri" sözlərindən sonra "Heydər Babayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri" sözləri və "Azad Rəhimov -Azərbaycan Respublikasının gənclər və idman naziri" sözləri əlavə edilsin. 5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev, |