A
A
A
San serif
Serif
http://www.president.az Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədi ilə qərara alıram: 1. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur). 2. Bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 10 iyun 2008-ci il. |