A
A
A
San serif
Serif
http://www.president.az "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Həsənov Məmmədhüseyn Lətif oğlu Kəngərli Ulduz Səttar oğlu 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 1 dekabr 2008-ci il. |