A
A
A
San serif
Serif
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 15 sentyabr tarixli 3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 1 nömrəli əlavəsinin 4.1.1.3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə: 1. “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə “Elektron hökumət”in formalaşdırılması üzrə Fəaliyyət Proqramı” təsdiq edilsin (əlavə olunur). 2. Bu sərəncamın 1-ci bəndinə müvafiq olaraq təsdiq edilmiş Fəaliyyət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəyyən edilsin. 3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ Bakı şəhəri, 14 may 2010-cu il |