A
A
A
San serif
Serif
"Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, №9-10, maddə 163; Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 15 oktyabr tarixli 504 nömrəli Fərmanı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 761; 2002-ci il, №12, maddə 726) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkəti haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilsin: 1.1. II bölmədə: 1.1.1. 2-ci bənddən «rabitə və informasiya sistemində vahid dövlət siyasətini həyata keçirmək,» sözləri çıxarılsın; 1.1.2. 3-cü bənddən «Vahid texniki və texnoloji siyasət yeritmək,» sözləri çıxarılsın. 1.2. III bölmədə: 1.2.1. 9-cu bəndin üçüncü abzası çıxarılsın; 1.2.2. 10-cu bənddən «və yayılma qaydasını» sözləri çıxarılsın; 1.2.3. 11-ci bənddən «və onların fəaliyyətini əlaqələndirir» sözləri çıxarılsın; 1.2.4. 12-ci, 14-cü, 15-ci, 16-cı, 17-ci, 18-ci, 19-cu və 20-ci bəndlər çıxarılsın; 1.2.5. 27-ci bəndin birinci və ikinci abzasları çıxarılsın; 1.2.6. 29-cu bəndin ikinci abzasından "SSR İttifaqında və" sözləri və üçüncü abzası çıxarılsın; 1.2.7. 30-cu bənd çıxarılsın. 1.3. IV bölmənin 5-ci, 6-cı və 8-ci bəndləri və V bölmənin 4-cü bəndi çıxarılsın. 2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları»nın 2 nömrəli əlavəsinin idxal bölməsinin yeddinci abzasında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 3. «Azərbaycan Respublikası Gömrük Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 448; 2001-ci il, №10, maddə 640; 2004-cü il, №7, maddə 640) 2-ci bəndinin səkkizinci abzasında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 4. «Rabitə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 624 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 464; 2004-cü il, №1, maddə 19) 2-ci bəndinin dördüncü, beşinci və yeddinci abzaslarında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 5. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 noyabr tarixli 644 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 13) 3-cü bəndinin dördüncü və səkkizinci abzaslarında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 6. "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 23 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №11, maddə 665; 1999-cu il, №2, maddə 66, №8, maddə 182; 2001-ci il, №12, maddə 755; 2003-cü il, №10, maddələr 546, 571, 585; 2004-cü il, №1, maddə 19) ilə təsdiq edilmiş siyahılara aşağıdakı dəyişikliklər edilsin: 6.1. «Məlumatları dövlət sirrinə aid etmək səlahiyyəti verilmiş vəzifəli şəxslərin Siyahısı»nın II bölməsində: 6.1.1. on beşinci abzas çıxarılsın; 6.1.2. on altıncı abzas on beşinci abzas hesab edilsin və həmin abzasda «Azərbaycan Respublikasının rabitə naziri» sözləri «Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri» sözləri ilə əvəz edilsin. 6.2. «Dövlət sirrinə aid edilən məlumatların Siyahısı»nın II bölməsinin 17-ci, 18-ci və 21-ci bəndlərində və V bölməsinin 85-ci bəndində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 7. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq olunması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 127 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №5, maddə 297; 2002-ci il, №8, maddə 487) üçüncü abzasında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 8. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №6, maddə 345, №9, maddə 542; 2001-ci il, №7, maddə 456, №9, maddə 593; 2002-ci il, №8, maddə 480; 2003-cü il, №6, maddə 290, №10, maddə 585; 2004-cü il, №1, maddə 19, №7, maddə 537) ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»yə 1 nömrəli Əlavənin 1-ci bəndində «Rabitə Nazirliyinin» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin» sözləri ilə əvəz edilsin. 9. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8 (üç kitabda), III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №12, maddə 755; 2002-ci il, №1, maddə, 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il №1, maddələr 19, 26, №2, maddə 68, №3, maddə 138, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608; Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 145 nömrəli Fərmanı) 3.23-cü bəndində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 10. «Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 478) 2-ci bəndinin dördüncü abzasında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 11. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 noyabr tarixli 596 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №11, maddə 704; 2003-cü il, №10, maddə 563) ilə təsdiq edilmiş «Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları»nda aşağıdakı dəyişikliklər edilsin: 11.1. 5.1-ci bənddə «Rabitə Nazirliyinə» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə» sözləri ilə əvəz edilsin; 11.2. 5.2-ci və 5.4-cü bəndlərdə «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 12. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 753 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 473) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)»nın «Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər) üzrə həyata keçiriləcək Əsas Tədbirlər»in 4.2-ci və 5.9-cu bəndlərində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 13. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №9, maddə 555; 2003-cü il, №3, maddə 153, №10, maddə 570) ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»nın 15-ci bəndində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 14. «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 794 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 590) 6-cı bəndinin altıncı abzasında «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 15. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №2, maddə 62) ilə təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)»nın 3-cü bölməsinin 3.1.23-cü və 3.2.2.35-ci bəndlərində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 16. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 27 avqust tarixli 1029 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №8, maddə 528) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı»nın həyata keçirilməsi Tədbirlərinin 3-cü bölməsinin 3.1-ci bəndində «Rabitə Nazirliyi» sözləri «Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi» sözləri ilə əvəz edilsin. 17. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, «7» fevral 2005-ci il |