A
A
A
San serif
Serif
http://www.xalqqazeti.com/index.php?lngs=aze&cats=1&ids=4850 “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanının icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il N8, III kitab, maddə 606; 2001-ci il, N10, maddə 640; 2002-ci il, N4, II kitab, maddə 189, N10, maddə 592; 2003-cü il, N10, maddələr 566, 569; 2004-cü il, N6, maddə 432; 2005-ci il, N5, maddələr 400, 403, 405; Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 iyul tarixli 426 nömrəli və 23 avqust tarixli 453 nömrəli fərmanları) aşağıdakı məzmunda 16.6-cı bənd əlavə edilsin: “16.6. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin özəlləşdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərti ilə yol verilir”. 2. Müəyyən edilsin ki, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi həyata keçirir. 3. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 27 sentyabr 2006-cı il |