A
A
A
San serif
Serif
http://www.president.az “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 4, maddə 258, № 12, maddə 1058; 2009-cu il, № 2, maddə 75; Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 129 nömrəli Fərmanı) aşağıdakı əlavələr edilsin: 1. 8.7-ci bəndin birinci abzasına “Azərbaycan Respublikasının” sözlərindən sonra “Prokurorluğu,” sözü əlavə edilsin; 2. 9-cu bəndə “Xüsusi Dövlət Mühafizə Xidməti,” sözlərindən sonra “Azərbaycan Respublikasının Prokurorluğu, ” sözləri əlavə edilsin. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 6 avqust 2009-cu il. |