Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657) 22-ci maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.”.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, №12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385; 2006-cı il, №6, maddə 478) 175-ci maddəsinin adından “və ya rabitə xidmətlərinin işə buraxılması” sözləri, dispozisiyasından “, yaxud rabitə xidmətlərinin işə buraxılmasına” sözləri çıxarılsın.
III. “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №12, maddə 741; 2004-cü il, №12, maddə 973) 4.1.15-ci maddəsi 4.1.16-cı maddə hesab edilsin və aşağıdakı məzmunda 4.1.15-ci maddə əlavə edilsin:
“4.1.15. telekommunikasiya operatoruna və telekommunikasiya provayderinə nömrə resursunun ayrılması, dəyişdirilməsi və geri alınması haqqında məlumatlar;”.
IV. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, №10, maddə 583; 2004-cü il, №1, maddə 10; 2005-ci il, №4, maddə 278, №6, maddə 469) aşağıdakı dəyişikliklər edilsin: 1. 1.0.6-cı maddədə “və elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi)” sözləri “və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr)” sözləri ilə, “ötürülməsi” sözü “məsafəyə ötürülməsi” sözləri ilə əvəz edilsin.
2. 16.7-ci maddənin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” sözləri “Azərbaycan Respublikasının telekommunikasiya operatoru” sözləri ilə əvəz edilsin.
V. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 685) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 7.4-cü maddədə “provayderinə” sözlərindən sonra “, eyni zamanda digər hüquqi və fiziki şəxslərə” sözləri əlavə edilsin, “ayrılması qaydalarına” sözləri “ayrılması və istifadəsi qaydalarına” sözləri ilə əvəz edilsin.
2. 7.9-cu maddənin birinci cümləsində “bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “ayrılması və istifadəsi qaydaları” sözləri ilə əvəz edilsin.
3. 13.6-cı maddədə:
3.1. birinci cümlədə “radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik və müddətli” sözləri “istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik)” sözləri ilə əvəz edilsin;
3.2. ikinci cümlədə “Birdəfəlik və müddətli ödənişlərin təyin olunması, bölüşdürülməsi və istifadəsi qaydası” sözləri “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları” sözləri ilə əvəz edilsin.
4. 21.3-cü maddədə “keçmiş” sözü “keçmir” sözü ilə əvəz edilsin.
5. 31.4-cü maddədə “keçirilən müsabiqə nəticəsində” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında” sözləri ilə, “üzərinə” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə” sözləri ilə, “vəzifəsi qoyulmuş telekommunikasiya operatoru” sözləri “öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi” sözləri ilə əvəz edilsin, maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ümumistifadəli telekommunikasiya şəbəkəsində hökmran mövqe tutan telekommunikasiya operatoru, provayderi onun üzərinə qoyulmuş bu öhdəlikdən imtina edə bilməz.”.
6. 39-cu maddənin adında və 39.1-ci maddədə “əməliyyat-axtarış” sözlərindən sonra “, kəşfiyyat və əks-kəşfiyyat” sözləri əlavə edilsin.
7. 43.1-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.”.
VI. “Rabitə haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №6, maddə 463; 1999-cu il, №5, maddə 285; 2000-ci il, №7, maddə 490; 2001-ci il, №2, maddə 88; 2002-ci il, №5, maddələr 237, 250; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №4, maddə 202; 2005-ci il, №4, maddələr 277, 278, №12, maddə 1079) qüvvədən düşmüş hesab edilsin.
VII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2006-cı il
№ 170-IIIQD