A
A
A
San serif
Serif
president.az Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini, dövlət nəzarətinin gücləndirilməsini və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi yaradılsın. 2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №7, maddə 657) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nun mövcud mətni 1-ci hissə hesab edilsin və aşağıdakı məzmunda 2-ci hissə əlavə edilsin: 2. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi.” 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: 3.1. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin layihəsini və Dövlət Agentliyi işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 3.3. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 18 aprel 2012-ci il. |