http://www.informasiya.org/index.php?id=229 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları"nın təsdiq edilməsi haqqında "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 dekabr tarixli 326 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. "Dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları" təsdiq edilsin (əlavə olunur). 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmişdir
|