A
A
A
San serif
Serif
http://www.informasiya.org/index.php?id=213 “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, № 9, maddə 224; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 17; 2001-ci il, № 6, maddə 360, № 11, maddələr 676, 683, № 12, maddə 736; 2003-cü il, № 1, maddə 5; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 202) aşağıdakı məzmunda 16-1-ci maddə əlavə edilsin: “Maddə 16-1. İnhisarçıların informasiyanı açıqlamaq vəzifəsi Əmtəə bazarında hökmran mövqe tutan xüsusi və ya müstəsna hüquqa və yaxud təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.”. II. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 486; 2002-ci il, № 12, maddə 706; 2003-cü il, № 1, maddə 4; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 202, № 7, maddə 507; 2006-cı il, № 2, maddə 63) 16-cı maddəsinə aşağıdakı dəyişiklik və əlavə edilsin: 2.1. birinci hissədə “(fərdi məlumatları) məxfi” sözləri “konfidensial” sözü ilə əvəz edilsin; 2.2. aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin: “Ümumiləşdirilmiş statistik məlumatlar, o cümlədən cinayətlərin və inzibati xətaların ümumiləşdirilmiş statistikası qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. III. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 107; 1999-cu il, № 5, maddə 284; 2000-ci il, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003-cü il, № 2, maddə 77; 2004-cü il, № 5, maddə 314; 2006-cı il, № 1 maddə 3, № 5, maddə 396) aşağıdakı dəyişiklik və əlavələr edilsin: 3.1. 21-1-ci maddədə: 3.1.1. maddənin adında “orqanın illik məruzəsi” sözlərindən sonra “, İnformasiya Məsələləri üzrə müvəkkilin hesabatı” sözləri əlavə edilsin; 3.1.2. maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin: “İnformasiya Məsələləri üzrə müvəkkil hər cari ildən sonra ən geci üç ay ərzində Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim edir. Hesabatda il ərzində görülmüş işlərin ümumiləşdirilmiş xülasəsi, o cümlədən hüquq pozuntuları törətmiş informasiya sahiblərinə, ərizə və şikayətlərə, göstərişlərə, xidməti nəzarət qaydasında aparılmış işlərə, görülmüş tədbirlərə, qanunun tətbiqi ilə bağlı digər hallara dair məlumatlar, habelə Müvəkkilin rəy və təklifləri öz əksini tapır.”; 3.2. 31-ci maddənin birinci hissəsinin on birinci-on üçüncü abzasları müvafiq olaraq on ikinci-on dördüncü abzaslar hesab edilsin və hissəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin: “qanunvericiliklə nəzərdə tutulmuş hallarda İnformasiya Məsələləri üzrə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir;”. IV. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 413; 1999-cu il, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001-ci il, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002-ci il, № 1, maddə 4, № 12, maddə 706; 2003-cü il, № 6, maddə 278; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005-ci il, № 1, maddə 7; № 8, maddə 686; 2006-cı il, № 1, maddə 4) 5-ci maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin: “Birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. V. “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 417; 1998-ci il, № 7, maddə 444; 1999-cu il, № 10, maddə 570; 2001-ci il, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002-ci il, № 8, maddə 463; 2004-cü il, № 1, maddə 10; 2006-cı il, № 5 maddə 390) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 5.1. 4-cü maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin: “İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası müvafiq qanunla tənzimlənir””; 5.2. 7-ci maddənin beşinci hissəsinin ikinci cümləsi çıxarılsın; 5.3. 10-cu maddədən dördüncü hissə çıxarılsın. VI. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 6, maddə 364; 2005-ci il, № 6, maddə 466) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 6.1. 2-ci maddənin ikinci və üçüncü abzasları aşağıdakı redaksiyada verilsin: “informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar; sənədləşdirilmiş informasiya (sənəd) - maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb-yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya;”; 6.2. 2-ci maddənin dördüncü abzasında “kütləvi” sözü “açıq” sözü ilə əvəz edilsin, beşinci abzası aşağıdakı redaksiyada verilsin: “konfidensial informasiya - vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar;”; 6.3. 10-cu maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 10. İnformasiyanın təsnifatı Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunması məhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır. Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədi ilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri, habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda yol verilə bilər."; 6.4. 11-ci maddədə: 6.4.1. maddənin birinci hissəsində “Azərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müraciət növünə görə” sözləri “Alınması” sözü ilə əvəz edilsin və “dövlət” sözü çıxarılsın; 6.4.2. maddənin ikinci hissəsindən “dövlət” sözü çıxarılsın; 6.5. 17-ci maddənin beşinci abzasından “məxfiliyinin” sözü çıxarılsın; 6.6. 18-ci maddənin ikinci hissəsi aşağıdakı redaksiyada verilsin: “İnformasiyanın mühafizə rejimi onun hüquqi rejimindən asılı olaraq ”Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, bu qanunla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, digər normativ hüquqi aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir."; 6.7. 19-cu maddənin birinci hissəsində “bu qanuna” sözlərindən sonra “və ”İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin; 6.8. 20-ci maddənin beşinci hissəsində “məhkəməyə şikayət etmək və” sözləri “məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədən” sözləri ilə əvəz edilsin. VII. “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 561; 2000-ci il, № 3, I kitab, maddə 136; 2003-cü il, № 4, maddə 178; 2004-cü il, № 3, maddə 133) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 7.1. 9-cu və 11-ci maddələr aşağıdakı redaksiyada verilsin: “Maddə 9. Açıq məlumatın əldə edilməsi Açıq məlumatın əldə edilməsi aşağıdakı yollarla təmin edilir: internet informasiya ehtiyatları vasitəsi ilə; rəsmi nəşrlərlə; kütləvi informasiya vasitələrinin yayılması ilə; kitabxanalar, ictimai informasiya mərkəzləri, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə; fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə; qanunvericiliklə nəzərdə tutulan başqa üsullarla. Açıq məlumatın alınması qaydası və şərtləri bu qanunla, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, digər qanunvericilik aktları və ya müqavilə ilə (məlumatın verilməsi müqavilə əsasında həyata keçirilirsə) müəyyən olunur. Məlumatın verilməsi barədə müqavilə mülki qanunvericiliyə uyğun bağlanır. Dövlət hakimiyyəti orqanları, bələdiyyələr müqavilənin olmamasına görə məlumatı verməkdən imtina edə bilməzlər. Maddə 11. Məlumatın əldə edilməsi barədə müraciət Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi və məlumat əldə edilməsi haqqında sorğuya baxılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir."; 7.2. 12-ci maddənin birinci hissəsində “məhkəməyə” sözündən əvvəl “məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə, habelə” sözləri əlavə edilsin. VIII. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 3, maddə 155) aşağıdakı məzmunda 10-1-ci maddə əlavə edilsin: “ Maddə 10-1. Təbii inhisar subyektlərinin informasiyanı açıqlamaq vəzifəsi Təbii inhisara malik olan hüquqi şəxslər malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyaları şərtlərin təklif edilməsinə və ya həmin şərtlərdə və qiymətlərdə dəyişiklik edilməsinə azı 30 gün qalmış qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlamalıdırlar.". IX. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 404; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 2, maddə 57, № 4, maddə 199; 2006-cı il, № 2, maddə 64) 16-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin: “Vətəndaşların şəxsi və ailə həyatı haqqında informasiya daşıyıcıları olan arxiv sənədlərinin istifadə edilməsinə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, həmin sənədlərin yaranmasından 75 il sonra və ya şəxsin vəfatından 30 il sonra və ya ölüm faktı müəyyənləşdirilməyibsə, həmin şəxsin doğum tarixindən 110 il sonra icazə verilir. Bu müddətdən tez həmin sənədlərdən istifadəyə yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda icazə verilir.”. X. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 405; 2001-ci il, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002-ci il, № 5, maddə 242; 2003-cü il, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005-ci il, № 2, maddə 62; 2006-cı il, № 2 maddə 67) aşağıdakı məzmunda 52-1-ci maddə əlavə edilsin: “Maddə 52-1. Bələdiyyələrin informasiyanı açıqlamaq vəzifəsi Bələdiyyələr Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər həyata keçirilməsini ”İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq təmin edirlər.". XI. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 8, maddə 471; 2004-cü il, № 2, maddə 57) 8-ci maddəsinin 2-ci bəndi 3-cü bənd hesab edilsin və maddəyə aşağıdakı məzmunda 2-ci bənd əlavə edilsin: “2. Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. XII. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 11, maddə 612; 2002-ci il, № 5, maddə 250, № 6, maddə 328; 2004-cü il, № 3, maddə 133; 2006-cı il, № 2, maddə 64; Azərbaycan Respublikasının 2005-ci il 30 sentyabr tarixli 1022-IIQD nömrəli Qanunu) 14-cü maddəsinin IX hissəsində və 16-cı maddəsinin V hissəsində “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XIII. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 9; 2005-ci il, № 4, maddə 292; № 10, maddə 874) aşağıdakı dəyişikliklər edilsin: 13.1. 18-ci maddə aşağıdakı redaksiyada verilsin: “Maddə 18. Normativ hüquqi akt layihələrinin açıqlanması Normativ hüquqi akt layihələri razılaşdırılmaya və ya təsdiq olunmağa göndərildiyi andan onu hazırlayan orqanın internet informasiya ehtiyatında açıqlanır. Normativ hüquqi akt layihələri həmçinin kütləvi informasiya vasitələrində, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə layihələrlə tanış olmaq üçün şərait yaradılması yolu ilə, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər üsullarla açıqlana bilər.”; 13.2. Qanuna aşağıdakı məzmunda 36.3-cü maddə əlavə edilsin: “36.3. Normativ hüquqi akt qüvvəyə mindiyi gündən onu qəbul edən orqanın internet informasiya ehtiyatında açıqlanmalıdır.”. XIV. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 1, maddə 19; 2001-ci il, № 12, maddə 736; 2004-cü il, № 2, maddə 57, № 3, maddə 133, № 8, maddə 599, № 10, maddə 787; 2005-ci il, № 8, maddə 686) 16-cı maddəsinin I hissəsinin altıncı abzasında “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XV. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 3, I kitab, maddə 126; 2002-ci il, № 12, maddə 702; 2004-cü il, № 7, maddə 505; 2006-cı il, № 2, maddə 66) 158.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin: “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir.”. XVI. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 4, I kitab, maddə 250, № 5, maddə 323, № 12, maddə 835; 2002-ci il, № 12, maddə 709; 2003-cü il, № 8, maddə 420; 2004-cü il, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005-ci il, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006-cı il, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478; Azərbaycan Respublikasının 2006-cı il 30 may tarixli 122-IIIQD nömrəli Qanunu) aşağıdakı əlavə və dəyişikliklər edilsin: 16.1. 1.2-ci maddənin dördüncü abzasında “həyatının və” sözü “və ailə həyatının,” sözləri ilə əvəz edilsin; 16.2. 6.1.6-cı maddədə “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz edilsin; 16.3. 23.1-ci və 23.2-ci maddələrdə “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XVII. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 580; 2002-ci il, № 10, maddə 586; 2005-ci il, № 5, maddə 391, № 6, maddə 464; 2006-cı il, № 5, maddə 389, № 6, maddə 478) aşağıdakı məzmunda 25.4-cü maddə əlavə edilsin: “25.4. Dövlət əmlakının satılması, onun üzərində əmlak hüquqlarının dəyişməsi barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. XVIII. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 583; 2001-ci il, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002-ci il, № 5, maddə 249, № 12, maddə 707; 2003-cü il, № 8, maddə 425, № 12, (I kitab), maddə 671; 2004-cü il, № 1, maddə 1, № 11, maddə 887, № 12 maddə 980; 2005-ci il, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081) 30-cu maddəsinə aşağıdakı əlavələr edilsin: 18.1. 30.2-ci maddədə “kommersiya (vergi) sirri” sözlərindən sonra “və şəxsi həyata dair məlumat” sözləri əlavə edilsin; 18.2. maddəyə aşağıdakı məzmunda 30.2.5-ci maddə əlavə edilsin: “30.2.5. vergi ödənişləri üzrə borclar.”. XIX. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466; № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478) aşağıdakı məzmunda 181-3-cü maddə əlavə edilsin: “Maddə 181-3. İnformasiya əldə etmək haqqında qanunvericiliyin pozulması 181-3.1. İnformasiya sahibi tərəfindən açıq informasiyanı əldə etmək hüququnun məhdudlaşdırılması və ya sorğuçuya bilərəkdən yanlış informasiya verilməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər. 181-3.2. İnformasiya sahibi tərəfindən informasiyanın əldə olunmasının təşkil edilməməsinə görə - fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən beş mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər. 181-3.3. İnformasiyanın əldə edilməsi haqqında yazılı sorğunun qəbul edilməsindən imtina olunmasına görə - fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin doxsan misli miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin üç yüz misli miqdarda cərimə edilirlər. 181-3.4. İnformasiya sahibi tərəfindən malik olduğu sənədlərin qanunvericiliklə müəyyən olunmuş saxlanma, komplektləşdirilmə və mühafizə qaydalarının pozulmasına görə - fiziki şəxslər şərti maliyyə vahidinin iyirmi mislindən iyirmi beş mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər. 181-3.5. İctimaiyyətdə maraq doğuran hüquq pozuntuları barədə məlumatı açıqladığı üçün vəzifəli şəxsin təqib olunmasına görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz əlli mislindən üç yüz mislinədək miqdarda cərimə edilirlər. 181-3.6. Sorğuçu tərəfindən qulluq vəzifəsini yerinə yetirmək bəhanəsi ilə, yaxud qulluq mövqeyindən istifadə etməklə şəxsi məqsəd üçün informasiya əldə edilməsi və ya qulluq vəzifəsini yerinə yetirərkən əldə etdiyi informasiyadan digər məqsədlər üçün istifadə edilməsinə görə - vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda cərimə edilirlər.". XX. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 1, № 3, maddə 131; 2002-ci il, № 12, maddə 693; 2003-cü il, № 1, maddə 16; 2004-cü il, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005-ci il, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006-cı il № 5, maddə 386, № 6 maddə 479; Azərbaycan Respublikasının 2005-ci il 1 sentyabr tarixli 980-IIQD, 2006-cı il 30 may 122-IIIQD nömrəli qanunları) 18.0.8-ci maddəsində “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XXI. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 1, maddə 11, № 12, maddə 706; 2005-ci il, № 12, maddə 1083) 5.3-cü maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Dövlət satınalmalarının şərtləri və nəticəsi qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. XXII. “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 4, II kitab, maddə 171) 10.1-ci maddəsinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: “Ətraf mühitin vəziyyətinə, ətraf mühitə ziyan vurulmasına və təhlükəli ekoloji təsirlərə dair məlumatlar qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlanır.”. XXIII. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 10, maddə 583; 2004-cü il, № 1, maddə 10; 2005-ci il, № 4, maddə 278, № 6, maddə 469) 3-cü və 40.2.4-cü maddələrində “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XXIV. “Məlumat toplularının hüquqi qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 885) 17.1-ci maddəsində “şəxsi həyata” sözləri “şəxsi və ailə həyatına” sözləri ilə əvəz edilsin. XXV. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 888; 2006-cı il, № 3, maddə 224) 7.0.8-ci maddəsində “şəxsi” sözündən sonra “və ailə” sözü əlavə edilsin. XXVI. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 oktyabr 2006-cı il |