"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərin saxlanmasına, komplektləşdirilməsinə və mühafizəsinə dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş reyestrin yaradılması, saxlanması və vaxtaşırı yeniləşdirilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 12.7-ci maddəsinə uyğun olaraq reyestrdən istifadəni və sənədin axtarılmasını asanlaşdırmaq məqsədi ilə reyestrdən istifadəyə dair qaydaları müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 32.4-cü maddəsində nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin İnternet informasiya ehtiyatlarının yaradılması formalarını və qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.8. həmin Qanunun 32.2-ci və 56.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9 öz səlahiyyətləri daxilində "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 43.1-ci, 45.1-ci, 45.6-cı və 55.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 8.1-ci, 12.2-ci, 12.7-ci, 26.4-cü və 32.4-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, "9" dekabr 2005-ci il.

Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше