sa sa sa

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 81

Bakı şəhəri, “21” may 2002-ci il

Azərbaycan Milli Elmlər Akademiyasında

struktur dəyişiklikləri haqqında

     Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının strukturunu təkmilləşdirmək, elmi-texniki potensialın istifadəsinin səmərəliliyini artırmaq və prioritet istiqamətlərə yönəltmək məqsədilə Azərbaycan Respublikasinin Nazirlər Kabineti qərara alır:  

  1. Azərbaycan Milli Elmlər Akademiyasının H.Abdullayev adına Fizika İnstitutunun və Fotoelektronika İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu;
  2. M.Nağıyev adına Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun və Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Problemləri İnstitutu;
  3. Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutunun, Milli Münasibətlər İnstitutunun və İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və  Siyasi – Hüquqi Tədqiqatlar İnstitutu;
  4.  Radiasiya Tədqiqatları sektorunun bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu;
  5. İnformasiya – Telekommunikasiya Elmi Mərkəzinin bazasında - Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu yaradılsın.
  6. Azərbaycan Milli Elmlər Akademiyası bu qərardan irəli gələn məsələləri həll etsin.
  7. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının baş naziri                                                              A.Rasi-zadə

                                                                                                                        07.05.02                                          

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Услуги
Начинайте свою трудовую деятельность с нами!
Читать дальше
Доверьтесь нашим креативным и своеобразным идеям!
Читать дальше
Печатные издания в высоком цветном качестве и за доступную цену!
Читать дальше
Развивайте свою карьеру, повышая знания в сфере ИТ!
Читать дальше
Разнообразные услуги электронной библиотеки!
Читать дальше
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
Научные журналы
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti