Şəkil və videoların mübadiləsi xidməti olan “Instagram” dünyada ən sürətlə yayılan sosial xidmət adlandırılıb.
32 ölkədən 170 min istifadəçinin iştirak etdiyi sorğunun nəticələrinə görə, son altı ay ərzində Instagram-ın fəal istifadəçi bazası 23% artıb.
gazeta.ru saytında bildirilir ki, bu xidmət ən məşhur sosial platformaların siyahısında yenə də Facebook, YouTube, Google+, Twitter və LinkedIn-dən geri qalır.
Qeyd edək ki, 2013-cü ildə ABŞ-da ən sürətlə inkişaf edən sosial xidmət Pinterest olmuşdur.