Azərbaycanda bu ilin yanvar-noyabr aylarında mobil rabitə xidmətlərindən əldə olunmuş gəlirlərin ümumi həcmi 836,3 milyon manat təşkil edib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il artım 7,3 faiz olub.
Mobil rabitə xidmətlərinin payına ölkənin informasiya və rabitə sektorunda əldə edilmiş gəlirlərin 57,2 faizi düşüb.