Amerikanın Federal Aviasiya İdarəsi uçuş zamanı "avia" rejimində elektron qurğulardan istifadəylə bağlı qadağanın zəruri olmadığı qənaətinə gəldikdən bir müddət sonra Avropa təhlükəsizlik xidmətləri onların istifadəsinə icazə verib.
gazeta.ru saytının verdiyi məlumata görə, ilk dəfə olaraq sərnişinlər təyyarədə uçuş zamanı smartfon, planşet və elektron kitablardan istifadə edə biləcəklər.
Qeyd edək ki, "avia" rejimində mobil rabitədən istifadə qadağası isə hələ qüvvədədir.