“Google” şirkəti domenlərin qeydiyyatı ilə bağlı şəxsi xidmətini açmaq niyyətindədir. Bu haqda cybersecurity.ru saytı xəbər verib.
Qeyd edək ki, indiyədək İnternet-giqant ödənişsiz e-mail-dən başlayaraq videoyayımadək internet-xidmətlərini göstərirdi.
Şirkətdən bildirilənə görə, nə qədər ki, domen qeydiyyatı xidməti sınaq mərhələsindədir, müştərilərə təkcə domenləri qeydiyyatdan keçirmək deyil, həm də onları satmaq imkanı veriləcək.