Dekabrın 17-də saat 11:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının www.science.az rəsmi veb-saytının 20 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.
Yubiley mərasimində Azərbaycanın media məkanında böyük nüfuz qazanmış science.az saytının meydana gəlməsi, inkişaf mərhələləri və perspektivlərindən, İnternet-medianın cəmiyyətdə rolu, veb-saytın Azərbaycan elminin təbliğində yeri, Azərbaycanda ilk İnternet-jurnalistika məktəbi kimi meqaportalın imkanlarından söz açılacaq.
Tədbirdə həmçinin Milli Elmlər Akademiyasının “ElmTV” İnternet-televiziyasının elmtv.az saytının təqdimatı olacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.