Kaliforniyanın fləş-kart və aksessuarların hazırlanması üzrə ixtisaslaşmış “Microdia” şirkəti Taybee şəhərində keçirilən “Computex” sərgisində 512 Gb tutuma malik “microSD” yaddaş kartını təqdim edib.
hitech.vesti.ru saytının məlumatına görə, kartın iyulda satışa çıxarılması gözlənilir. Əsasən peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş fləş-kartın qiyməti 1000 ABŞ dolları təşkil edəcək.
Xatırladaq ki, “microSD” yaddaş kartlarının həcminin əvvəlki rekordu (200 Gb) “SanDisk” şirkətinin adı ilə bağlı idi.