sa sa sa

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) nümayəndəsi Nikola Uliş (Nicola Ullisch) ilə görüş keçirildi. Əsas məqsəd institutun fəaliyyəti ilə tanışlıq və əməkdaşlıq əlaqələrinin müzakirəsi idi. 

Öncə institutun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayev qonağa qurumun əsas fəaliyyət istiqamətləri, innovativ şəraiti və maddi-texniki bazası ilə bağlı ətraflı məlumat verdi. İnstitutun müasir standartlar səviyyəsində fəaliyyət göstərən “İnformasiya texnologiyaları” nəşriyyatı haqqında söz açdı. 

N.Uliş Tədris-İnnovasiya, Distant Tədris və Multimedia mərkəzləri, burada həyata keçirilən yeni layihələr, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarla da yaxından tanış oldu. 

DAAD barədə məlumat verən qonaq bildirdi ki, bu qurum dünyada tələbə və alimlərin beynəlxalq mübadiləsini dəstəkləyən ən böyük maliyə şirkətidir. Qeyd etdi ki, 1925-ci ildən fəaliyyətə başlayan təşkilat Almaniya və digər ölkələrdən 1,5 milyondan çox alim və tələbəyə maliyə dəstəyi göstərmişdir. 

Görüşdə Almaniyanın elmi tədqiqat institutları ilə əməkdaşlıq perspektivləri, müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi, kadr və təcrübə mübadiləsi kimi məsələlər müzakirə olundu. Həmçinin azərbaycanlı gənc alimlər üçün Almaniyada tədqiqat imkanları və təqaüd proqramları mövzusunda təlim seminarının keçirilməsi qərara alındı. 

DAAD-ın nümayəndəsi hər iki ölkənin müvafiq tədqiqat institutları ilə davamlı fəaliyyətin təşkili və alman təcrübəsinin öyrənilməsi istiqamətində təmsil etdiyi qurumun instituta hər zaman köməklik göstərməyə hazır olduğunu qeyd etdi. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti