sa sa sa

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elmi seminar keçirildi. 

“IEEE” təşkilatının (The Institute of Electrical and Electronics Engineers – Elektrik və Elektronika üzrə Mühəndislik İnstitutu) Azərbaycan bölməsinin rəhbəri, Qafqaz Universitetinin “Mühəndislik” fakültəsinin dosenti Abzetdin Adamov “IEEE-nin imkanları və resursları” mövzusunda məruzə ilə çıxış etdi. O, öncə IEEE-nin yaranma tarixi, fəaliyyəti, təşkilata üzvlüyün üstünlükləri haqqında ətraflı məlumat verdi. 1886-cı ildə təsis edilən və 125 illik tarixi olan IEEE-nin ümumdünya təşkilatı statusuna malik olduğunu və mühəndislik, radioelektronika, idarəetmə sistemləri, kompüter texnikası və s. sahələr üzrə mütəxəssisləri özündə cəmləşdirdiyini bildirdi. Təşkilatın Azərbaycan da daxil olmaqla 170 dövlətdən 400 mindən çox üzvü olduğunu diqqətə çatdırdı. Hazırda IEEE-nin bazasında 3 milyondan çox elmi mənbənin yer aldığını və hər ay buraya 25 minə yaxın yeni məqalənin daxil olduğunu qeyd etdi. 

Sonra məruzəçi “IEEE Xplore” rəqəmsal kitabxanasının üstün cəhətləri, alim və mütəxəssislər üçün yaratdığı geniş imkanlar və sistemdən istifadə qaydaları haqqında məlumat verdi. Rəqəmsal kitabxanada axtarış üsullarından danışan natiq bildirdi ki, məqalələrin ən yüksək keyfiyyət göstəricisi məhz onlara edilən istinadların sayı ilə ölçülür. 

Bildirdi ki, “IEEE Xplore”in bazasında açar sözlər, ifadələr, məqalə başlıqları, müəlliflər və digər göstəricilərə görə axtarış etmək mümkündür. Bundan sonra axtarışın nəticələrindəki siyahı üzrə ayrı-ayrı məqalə və materiallara, multimedia fayllarına baxmaq və yükləmək olar. O qeyd etdi ki, IEEE Xplore məqalə, jurnal və konfrans materiallarından əlavə, kitab və təhsil resurslarına çıxışı da təmin edir. 

A.Adamov gənc alim və tədqiqatçıları Azərbaycan elmi ictimaiyyəti üçün may ayının sonuna kimi ödənişsiz istifadəyə açıq olan “IEEE Xplore” rəqəmsal kitabxanasına üzv olmağa və mühüm elmi nəticələrin, innovativ biliklərin əldə edilməsi üçün bu bazadan səmərəli istifadə etməyə çağırdı. 

Məruzə seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, suallar cavablandırıldı. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti