sa sa sa

 

Bikəs Sayıl oğlu Ağayev 1949-cu ildə anadan olmuşdur.

1973-cü ildə Ç.İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirmişdir. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlamışdır.

Texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləmişdir. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır.

Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.

“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə  “Audioinformasiyanin paylanmiş emali sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi müdafiə etmiş və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə  AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

2018-ci ildə “dosent” elmi adını almışdır.

Əldə etdiyi əsas elmi-praktiki nəticələr aşağıdakılardır:

Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə:

– üzvi lüminofor və adsorberlərin informasiyanı kodlaşdırma xüsusiyyətləri tədqiq edilmiş, alınan nəticələr əsasında xüsusi optik keçiricilik xüsusiyyətlərinə malik lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir. Jeton identifikasiya sistemlərinin arxitektur-sxemotexnik yaradılma prinsipləri işlənmiş, hazırlanmış və tətbiq edilmişdir (Bakı Metropoliteni);

– metro nəqliyyatında sərnişin avtomatikası qurğularının avtomatlaşdırılmış idarəetmə sistemlərinin arxitektur-texnoloji prinsipləri işlənmiş və bir neçə qurğu yaradılaraq tətbiq edilmişdir (Bakı Metropoliteni); 

– müxtəlif tip rabitə kanalları ilə ötürülən səs siqnallarının analiz və emal prinsipləri tədqiq edilmişdir. Ötürmə kanallarından qəbul edilən səs (nitq) siqnallarının keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün metod və alqoritmləri işlənmiş və tətbiq edilmişdir (“Aztelekom” İB və s.);

–audioinformasiyanın çoxkanallı rəqəmsal uçotu və qeydiyyatı vasitələrinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş və bu prinsiplər əsasında hazırlanmış qurğular mərkəzləşdirilmiş dispetçerləşdirmə sistemlərində (Bakı Metropoliteni) və Call-centerlərdə operator- kliyent danışıqlarının və ekran fayllarının arxivləşdirilməsi məqsədilə tətbiq edilmişdir (“Aztelekom” İB və s.).

Hal-hazırda aşağıdakı elmi-texniki problemlər üzrə tədqiqat işləri aparır:

– Azərbaycanda elektron tullantıların idarə edilməsinin prinsip və konseptual əsaslarının işlənməsi;

– Əşyaların İnterneti texnologiyalarının tətbiqi ilə milli akustik intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 76, xaricdə çıxmış elmi əsərləri 32, müəlliflik şəhadətnamələri, ixtira və patentləri 12, kitab 1.

 Elmi əsərləri haqqında məlumat. 

Xidməti tel.:   (+994 12) 538 05 89

Mobil tel.:       (+994 70) 344 22 13

Elektron poçtu:  depart6@iit.science.az, bikies418@gmail.com

 

 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti