sa sa sa

Struktur bölmənin adı

     9 saylı şöbə

Tel.

     (+ 994 12) 539 87 19,  (+ 994 12) 539 90 16

Elektron poçtu

      depart9@iit.science.az, tofig@iit.science.az 

Struktur bölmənin rəhbəri

      fizika-riyaziyyat üzrə fəlsəfə doktoru 

     Tofiq Həsənağa oğlu Kazımov

İşçilərin ümumi sayı

      7

Əsas fəaliyyət istiqamətləri

  • Biometrik texnologiyaların elmi-nəzəri problemlərinin tədqiq edilməsi;
  • Proqram mühəndisliyinin nəzəri əsasları və proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması;
  • İnformasiya təhlükəsizliyinin təmin olunması.

 

Əsas elmi nəticələri

  • Fotoportretlər əsasında insan sifətinin tanınması metodları və identifikasiya sistemləri üzrə mövcud problemlər araşdırılmış, onların müqayisəli təhlili aparılmışdır. İnsan sifətində olan antropometrik nöqtələr seçilmiş və onların əsasında yeni həndəsi xarakteristikalar sistemi təklif edilmişdir; 
  • Həndəsi xarakteristikaların inam intervallarını müxtəlif üsullarla müəyyən olunması üçün alqoritmlər işlənmiş və onların müqayisəsi aparılmışdır;
  • Həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalın hesablanması üçün yeni metod təklif olunmuşdur;
  • Təsvirlər əsasında İnsanın irqi-etnik mənsubiyyətini müəyyən etmək üçün metod və alqoritmlər işlənmişdir;
  • Proqram təminatının məhsuldarlığının artırılması üçün metod və alqoritmlər işlənilmisdir;
  • Proqramlaşdırma dillərinin effektivliyinin qiymətləndirilməsi üçün müəyyən edilmiş kriteriyalar əsasında alqoritm işlənilmişdir;
  • İnformasiyanın emalı üçün insanlar, texnologiya və proseslərin qarşılıqlı əlaqəsi araşdırılmışdır. Texnoloji proseslərin növləri və proqram təminatının işlənilməsi prosesinin modelləri təhlil edilmişdir;
  • Soft compüting texnologiyaları əsasında proqram təminatının səmərəliliyinin artırılması üçün metod və modellərin işlənilmişdir;
  • Soft Computing texnologiyaları əsasında proqram təminatının səmərələliyinin artırılması metodları araşdırılmışdır. Soft Computing-ə aid komponentlər təhlil olunmuş, onların proqram təminatında istifadə edilməsi, üstün cəhətləri və problemləri araşdırılmış və tövsiyələr verilmişdir;
  • TOPSİS metodundan istifadə etməklə proqram təminatının səmərələliyinin artırılması və idarəolunmasının optimallaşdırılması üçün alqoritm işlənilmişdir;
  • Biomimetika texnologiyaları araşdırılmış, onun problemləri öyrənilmiş və tövsiyələr verilmişdir;
  • Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritmi tətbiq edilmişdir;
  • Proqram təminatını işləyən komandanın işinin səmərəliliyinin qiymətləndirilmə metrikası işlənilmişdir.Proqram təminatının etibarlılığının artırılması üçün mövcud soft-compüting metodları təhlil edilmişdir;
  • Proqram kodunun mürəkkəbliyinin müəyyən edilməsi üçün metod işlənilir.Proqram təminatının sınaq metodları araşdırılmışdır.İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması   metodları işlənilmişdir;
  • Verilənlərin sanitarizasiyasının məqsəd və vəzifələri, tətbiq sahələri, perspektivləri, mövcud üsulları, bəzi elmi-nəzəri və aktual problemləri araşdırılmışdır. Bu problemin həlli ilə bağlı müvafiq tövsiyə və təkliflər irəli sürülmüşdür;
  • İnternet şəbəkəsində uşaqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə ziyanlı informasiyanın qarşısının alınması üçün konseptual model təklif olunmuşdur;
  • İnternetdə uşaq və yeniyetmələrin uyğun olmayan şəkillərdən qorunması məqsədilə şəkillərin sanitarizasiyanı həyata keçirən yeni metod işlənmişdir.
“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” V respublika konfransı
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR