sa sa sa

Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr Avropa və Asiyanın qovşağında yerləşirlər. Dünyanın böyük bir hissəsini təşkil edən bu region Aralıq dənizindən başlayaraq Sakit okeana, Şimal Qütb dairəsindən Mərkəzi Asiya səhralarına qədər olan ərazilərdə yaşayan çoxsaylı xalqları və dini etiqadları birləşdirir. Tarixi nöqteyi-nəzərdən bu region müxtəlif mədəniyyət, dil və adət-ənənələri təmsil edən xalqların bir araya gəldiyi məkandır. Avropa və Asiyanı birləşdirən tarixi İpək Yolu 21-ci əsrdə yüksək sürətlə Virtual İpək Yoluna çevrilərək bu geniş regionda və dünyada əməkdaşlıq, ticarət, inkişaf və qarşılıqlı anlaşma proseslərinin stimullaşdırılmasını vəd edir. İnformasiya və Kommunikasiya Texnologiyaları regionun gələcəyinin qurulması prosesi baxımından çox mühüm bir amildir və Bakıda toplaşan 26 ölkənin nümayəndələri milli və regional inkişaf baxımından bunu ən əsas prioritet hesab edirlər.

Regional və milli informasiya cəmiyyəti gündəliyini müəyyən edən İnformasiya Cəmiyyətinə dair Bişkek-Moskva Konfransında (Sentyabr-Oktyabr 2002-ci il) prioritet kimi qəbul edilən məsələlər və qətnamələri, Buxarestdə keçirilən Panavropa Konfransının (noyabr 2003-cü il) prinsiplərini yenidən təsdiqləyərək;
Regionda çoxdillilik və müxtəlif mədəniyyətlərin, sosial və digər dəyişiklikləri qəbul edə biləcək ümumi tarixi dünyagörüşünün mövcud olmasını etiraf edərək;
Regionda zəngin insan resursları potensialının və xüsusilə yüksək səviyyəli təhsil və təlim, yeni ideyalar və müasir texnologiyalardan tam istifadə etmək istəyinin mövcud olmasını qəbul edərək;
İnformasiya cəmiyyətinin qurulması, xüsusilə qarşılıqlı təlim, əlaqələndirmə və bilik mübadiləsi proseslərində regionun bütün ölkələri arasında əməkdaşlığın mühümlüyünü vurğulayaraq;
Milli İnformasiya Cəmiyyəti Strategiyalarının hazırlanması və müvafiq elektron idarəçilik proqramlarının icra olunması proseslərinin hazırlanması və davam etdirilməsində hökumət rəhbərliyinin əsas rol oynamasını etiraf edərək;
Milli İnformasiya Cəmiyyəti Strategiyalarının hazırlanması prosesində vətəndaş cəmiyyəti və özəl sektorun tam iştirakının mühümlüyünü təsdiq edərək;
Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasına yardım etməsi üçün Milli İnformasiya Cəmiyyəti Strategiyalarının məqsədlərini təmin etmək məqsədilə öhdəliklər götürərək;

Beləliklə, biz Bakı Forumunun iştirakçıları, Milli İnformasiya Cəmiyyəti Strategiyalarının və elektron idarəçilik təşəbbüslərinin aşağıda göstərilən məsələlərin müəyyən edilməsi və aradan qaldırmasını təsdiqləyirik:

Milli İnformasiya Cəmiyyəti Strategiyaları aşağıdakıları əks etdirməlidir:

• Region üzrə milli hüquqi, tənzimləyici və siyasi çərçivələrin gücləndirilməsi və əlaqələndirilməsi prosesini təmin etmək
• Region ölkələri arasında münaqişələrin həlli, onların qarşısının alınması və inam yaradılması prosesinə yardım etmək
• Regionun bütün vətəndaşlarının İKT-yə ümumi əlyetərliyini təmin etmək
• Milli infrastrukturlar arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və regional İKT elektron ticarət mühitinin yaradılması yolu ilə regional əlaqələri gücləndirmək
• Texnoloji prosesi texniki-peşə və ya digər təlim növləri, ali təhsil vasitəsilə sürətləndirmək və zəruri vərdiş və bacarıqların gücləndirlməsi məqsədilə tədqiqatların aparılması üçün vaxtında və səmərəli tədbirlər görmək məqsədilə əsas diqqəti insani və təşkilati potensialın gücləndirilməsinə yönəltmək
• Yerli potensialın inkişaf etdirilməsi və tətbiqinin genişləndirliməsi vasitəsilə mədəni fərqləri və ənənələri qoruyub-saxlamaq
• İnternet potensialı üçün fərdi istifadə məsuliyyəti ilə bağlı ictimai müzakirələri genişləndirmək
• Ölkələrin Milli İnformasiya Cəmiyyəti Strategiyaları və elektron idarəçiliyin inkişafı ilə bağlı təcrübəsinə dair təlim və bilik mübadiləsinin aparılması üçün təşkilati potensial və regional/subregional imkanlar yaratmaq
• İctimai, özəl və digər növ tərəfdaşlıqlar üçün stimul yaratmaq
• Regional İKT bazarının inkişafına yardım etmək və ora qoyulan sərmayəni genişləndirmək

Elektron idarəçilik təşəbbüsləri yönəlməlidir:

• Birləşmiş Millətlər Təşkilatının İnsan Haqqları Bəyannaməsinə uyğun olaraq vətəndaşların informasiyaya çıxışını təmin etməklə onların ehtiyaclarını ön plana çəkmək
• Vətəndaşların təhlükəsizliyini və məxfiliyini qorumaq
• Yerli əhalinin ehtiyaclarını daha yaxşı ödəmək məqsədilə əsas diqqəti idarəçiliyin qeyri mərkəzləşdirilməsinə yönəltmək
• Kənd və çətinliklərin mövcud olduğu digər əraziləri bərabər rəqəmli texnologiya imkanları ilə təmin etmək
• Etnik mənşəyindən, dinindən və cinsindən asılı olmayaraq hamı üçün eyni imkan və xidmət bərabərliyi yaratmaq və s.

Biz hökumətlərə, vətəndaş cəmiyyətinə, özəl sektora, beynəlxalq təşkilatlara və donorlara müraciət edərək onları yuxarıda adları çəkilən prioritet sahələri müvafiq olaraq öz plan və strategiyalarına daxil etməyə və real nəticələrə nail olmaq üçün əsas diqqəti bizimlə əməkdaşlığa yönəltməyə çağırırıq.
Biz tövsiyyələrimizin nəzərə alınmasına və 2003-cü ilin dekabrında keçiriləcək İnformasiya Cəmiyyətinə dair Ümumdünya Sammitinin son sənədlər toplusuna daxil edilməsinə çağırırıq.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti