sa sa sa

"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:
• qüvvədə olan qanunvericilik aktlarını "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
• həmin Qanunun 5-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş avtomatlaşdırılmış informasiya sistemində elektron imzasının identikləşdirilməsi və istifadə olunma qaydası barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• həmin Qanunun 7-ci maddəsinin dördüncü hissəsinin müddəalarını nəzərə alaraq, dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) verən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• həmin Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş informasiya ehtiyatları və ya onların müəyyən hissələrinin milli informasiya ehtiyatları elan edilməsi və onların milli sərvət kimi mühafizə edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• həmin Qanunun 16-ci maddəsinin birinci hissəsinin müddəalarını nəzərə alaraq informasiya sistemlərinin, habelə bu sistemlərin mühafizə vasitələrinin sertifikasiya qaydaları və belə sertifikasiyanı təşkil edən icra hakimiyyəti orqanları barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• həmin Qanunun 16-ci maddəsinin ikinci hissəsinin müddəalarını nəzərə alaraq informasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziyanı) verən icra hakimiyyəti orqanı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
• bu Fərmanın 2-ci bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair müvafiq normativ-hüquqi aktların işlənib hazırlanmasını və təsdiq edilməsini tə`min etsin;
• öz səlahiyyətləri daxilində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

• "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində və 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya həyata keçirir;
• həmin Qanunun 8-ci maddəsinin birinci hissəsində, 11-ci maddəsinin dördüncü hissəsində və 14-cü maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 1998-ci il № 729.
"Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda dərc edilmişdir (30 iyun 1998-ci il, № 6, maddə 390).
"Azərbaycan" qəzetində dərc edilmişdir (23 iyun 1998-ci il, № 141).

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti