HANNOVER MESSE 2015 – yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək 15.01.2015    14:33

Aprelin 13-dən 17-dək Almaniyanın Hannover şəhərində HANNOVER MESSE 2015 - yüksək texnologiyalar, innovasiyalar və sənaye sahələrinin avtomatlaşdırılması üzrə sərgi-konfransı keçiriləcək. Dünyanın ən iri tədbirlərindən olan HANNOVER MESSE “Deutsche Messe Hannover” sərgi mərkəzində baş tutacaq. Sərgi beynəlxalq əlaqələrin, əməkdaşlığın qurulması, investisiyaların cəlb edilməsi üçün unikal imkanların yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir. 

Bu il HANNOVER MESSE 2015 “Sənayenin inteqrasiyası – sizlər də qoşulun” rəsmi devizi altında keçiriləcək. hannovermesse.de saytının bildirdiyinə görə, sərginin partnyor ölkəsi qismində Hindistan çıxış edəcək.

Hər ilin yaz fəslində sənaye məhsulları istehsalçıları və tədarükçülərinin görüş yerinə çevrilən Hannover ixtira və innovasiyalar forumu, təcrübə ilə mübadilə mərkəzi və yeni partnyor münasibətlərinin yaradılması üçün bir mənbədir. Məlumat üçün qeyd edək ki, Hannover sərgisinin açılışı ilk dəfə 1947-ci ildə baş tutub.

HANNOVER MESSE 2015-in proqramında əsas istiqamətlər aşağıdakılardır: 

  1. Industrial Automation — fasiləsiz texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması, bina avtomatlaşdırılması 
  2. Energy — energetika
  3. Mobilitec — avtomobillər üçün alternativ enerji mənbələri
  4. Digital Factory — sənaye üçün informasiya texnologiyaları və İT-həllər
  5. Industrial Supply — Qeyri-sənaye mənbəyi
  6. Research & Technology — elmi tədqiqatlar və texnologiyaların transferi
  7. Motion, Drive & Automation – ötürücülər, avtomatika  
  8. Wind – külək energetikası  
  9. ComVac – vakuum texnologiyaları 
  10. SurfaceTechnology – səthin emalı texnologiyaları.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti