“Keçid dövründə kiberməkan siyasəti” mövzusunda Beynəlxalq konfrans keçiriləcək 14.01.2015    09:53

7-9 aprel 2015-ci il tarixlərdə Tehranda (İran) “Keçid dövründə kiberməkan siyasəti” mövzusunda Beynəlxalq konfrans keçiriləcək.

Kiberməkan Siyasəti Tədqiqat Mərkəzi və Tehran Universiteti tərəfindən təşkil olunan konfransın əsas istiqamətlərini siyasət, elektron idarəetmə, dövlət siyasəti: intellektual planlaşdırma və onun həyata keçirilməsində meydana gələn problemlər; kibermədəniyyət; iqtisadiyyat və sektorlar üzrə inkişaf və bu sahədə mövcud problemlər: innovasiyalar və “informasiya mühiti, rəqəmsal təlim, yaradıcı iqtisadiyyat”da texniki sahibkarlıqlar; innovativ iqtisadiyyatın iqtisadi coğrafiyası modelləri, böyük verilənlərin (Big Data) analitikləri və mobil ödəmə modelləri; optimal iştirak üçün infrastruktur: əşyaların İnterneti, təhlükəsizlik, telekommunikativ vəziyyət, qlobal reytinq və göstəricilər, elektron hazırlıq, intellektual şəhərlərin yaradılması və s. əhatə edir.

Qeyd edək ki, konfransın materialları Tehran Universiteti tərəfindən dərc olunan “Kiberməkanda Siyasi Tədqiqatlar” jurnalında nəşr olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti