“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək 08.01.2015    14:11

AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildə akademiyada keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlər planı təsdiq olunub.

Planda 2015-ci il üçün AMEA-da 9 beynəlxalq və 25 respublika səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri də “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda  respublika elmi-praktiki konfransıdır. Konfrans AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə cari ilin 17-18 may tarixlərində Bakı şəhərində keçiriləcək.
 
Elmi-praktiki konfrans 17 may - İnformasiya cəmiyyəti gününə həsr olunur. Artıq ənənə halını alan bu tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, İT mütəxəssisləri və bu sahədə fəaliyyət göstərən digər şəxslərin iştirakı gözlənilir.
 
Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi-tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.
 
Tədbirdə informasiya təhlükəsizliyinin multidistiplinar problemlərinin müzakirəsi, əldə olunan nəticələrin ölkə ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti