“Elmdə innovasiyalar” 39-cu Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək 19.11.2014    12:33

Novosibirskdə (Rusiya) 2015-ci il yanvarın 15-də “Elmdə innovasiyalar” 39-cu Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Tədbirin təşkilatçısı Sibir Konsultantlar Assosiasiyasıdır (СибАК - Сибирская ассоциация консультантов).

SibAK-ın əsas məqsədi elmin inkişafı və elmi tədqiqatların nəticələrinin dərcinə kömək etməkdir.

sibac.info saytının məlumatına görə, konfransa göndəriləcək məqalələrdə plagiatlıq halları da yoxlanılacaq (www.antiplagiat.ru servisindən istifadə olunacaq). Məqalələrin müzakirəsi www.sibac.info saytında fevralın 7-dən 12-dək distant formatda aparılacaq. Konfransda məruzə ediləcək bütün məqalələr Rusiya elmi sitat indeksi sistemində indeksləşəcək. 

Onu da qeyd edək ki, tədbirin yekununda konfransın laureatı da müəyyən olunacaq. Laureat məqaləsini “Universum”un elmi jurnallarından birində pulsuz dərc etmək imkanı əldə edəcək.

Konfransın seksiyaları fizika-riyaziyyat, kimya, biologiya, texnika, kənd təsərrüfatı, humanitar, tibb, Yer haqqında elmlər və ictimai elmləri əhatə edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti