2-ci "Regional İnternet idarəçilik Forumu" keçiriləcək 14.11.2014    10:00

2-5 dekabr tarixlərdə 2-ci "Regional İnternet idarəçilik Forumu" keçiriləcək. AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyi (RYTN) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycan Ofisinin (BMTİP) birgə təşkilatçılığı ilə keçiriləcək tədbirin builki devizi “İKT vasitəsilə regional iqtisadi inkişaf və mədəni irəliləyiş üçün çoxtərəfli platforma”dır.

Forumun keçirilməsində  əsas məqsəd Azərbaycanın regional İKT inkişafının mərkəzi kimi Milli İKT iştirakçılarının beynəlxalq mütəxəssislərlə bir arada təcrübə mübadiləsi  və əməkdaşlığını həyata keçirmək, eyni zamanda regionların Milli İnternet idarəçiliyinə cəlb edilməsini təmin etməkdir. Tədbirdə Azərbaycan və müxtəlif ölkələrdən olan  hökumət, biznes nümayəndələri, elm və vətəndaş cəmiyyəti sahələrinin təmsilçiləri İnternetlə bağlı aktual problemləri müzakirə etmək üçün toplaşacaqlar. Nəticə etibarı ilə, forum beynəlxalq və yerli iştirakçılar arasında İKT sahəsində əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verəcək.

Forumda iştirak etmək istəyənlər www.rigf.az saytında qeydiyyatdan keçə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti