"Müasir informasiya texnologiyaları və İT Təhsil" IX beynəlxalq elmi-praktiki konfransı keçiriləcək 05.11.2014    10:56

Noyabrın 14-16-da M.V. Lomonosov adına Moskva Dövlət Universitetində "Müasir informasiya texnologiyaları və İT Təhsil" IX beynəlxalq elmi-praktiki konfransı keçiriləcək.

Konfransın keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində elmi-tədqiqat və innovasiya fəaliyyətinin, İT sahəsinin elmi əsaslarının formalaşdırılması üçün nəzəri informatika, tətbiqi riyaziyyat və kompüter elmləri ilə bağlı tədqiqatların inkişaf etdirilməsidir.

Təhsilin informasiyalaşdırılması üçün texnologiya və proseslərin inkişafına yardım, milli İT təhsil sisteminə metodiki dəstək, elektron və mobil təhsil texnologiyaları və metodlarından istifadə etməklə açıq, fasiləsiz tədqiqat və təcrübə mübadiləsini təmin etmək və s. konfransın əsas istiqamətlərindəndir.

Qeyd edək ki, tədbirə qatılmaq üçün ödəniş tələb olunmur. İştirak etmək istəyənlər noyabrın 6-na kimi conf.it-edu.ru saytında qeydiyyatdan keçə bilərlər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti