“İqtisadiyyatın innovativ inkişafında intellektual mülkiyyətin rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi-texniki konfrans keçiriləcək 13.10.2014    11:33

2014-cü  il 11-13 noyabr tarixlərində Kiyev şəhərində Milli “Odessa Hüquq Akademiyası” Universitetinin Əqli Mülkiyyət İnstitutu və Ukrayna Milli Hüquq Elmləri Akademiyasının Əqli Mülkiyyət Elmi Tədqiqat İnstitutu Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə birlikdə “İqtisadiyyatın innovativ inkişafında əqli mülkiyyətin rolu və əhəmiyyəti” adlı VI beynəlxalq elmi-praktiki konfrans keçirəcək.
 
Milli “Odessa Hüquq Akademiyası”  Universitetinin  Əqli Mülkiyyət İnstitutunda (Xarkov şosesi küç, 210, Borispol metrosu) keçiriləcək konfrans Ukraynanın Əqli Mülkiyyət Dövlət xidmətinin dəstəyi ilə təşkil olunacaq.
 
Bu barədə məlumat verən AMEA Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, konfransda bir çox istiqamətlər müzakirə ediləcək. Müzakirə olunacaq məsələlərə “İnnovasiya fəaliyyəti proseslərində və texnologiyaların transferində əqli mülkiyyətin aktual aspektləri”, “Biliklər iqtisadiyyatı şəraitində əqli kapitalın idarə olunması nəzəriyyəsi və praktikası”, “Elmi və elmi-texniki fəaliyyət nəticələrinin kommersiyalaşdırılması”, “Əqli mülkiyyətin dövlət hüquqi təminat sistemi, informasiya-analitik və innovasiya fəaliyyəti üçün kadrların hazırlanması”, “İnnovasiya fəaliyyətinin və beynəlxalq əməkdaşlığın informasiya-analitik təminatının qurulması və inkişafının bəzi məsələləri” daxildir.
 
Konfransın işçi dilləri Ukrayna, rus və ingilisdir. Daxil olmuş məruzə və tezis materialları əsasında məcmu dərc olunacaq. Konfransda alim və elmi-pedaqoji işçilərlə yanaşı, intellektual mülkiyyət sferasının mütəxəssisləri, biznes nümayəndələri, informasiya-analitik və innovasiya fəaliyyəti, innovativ iqtisadiyyatın formalaşması məsələləri ilə məşğul olan və maraqlanan hər kəs iştirak edə bilər.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti