“HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək 09.10.2014    13:00

Bu il noyabrın 13-də AMEA-nın Əsas binasında Avropa Birliyi Komissiyası, AMEA və Azərbaycan təşkilatlarının iştirak etdiyi Avropa layihələrinin dəstəyi ilə “HORİZON 2020-də İKT” Məlumat günü keçiriləcək.

Tədbirdə Avropa komissiyasının üzvləri, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin İKT təşkilatlarının ekspertləri, təhsil, elmi-tədqiqat və sənaye müəssisələrinin nümayəndələri iştirak edəcəklər.

Onlara HORİZON 2020-nin İKT proqramları və layihələrində iştiraketmə qaydaları barədə məlumat veriləcək.

Bundan əlavə, noyabrın 11-də Kempinski hotel Badamdarda IncoNet EaP, EECA-2-HORIZON və EAST-HORIZON layihələrinin növbəti iclasları və birgə klaster iclası keçiriləcək.

Noyabrın 12-də Avropanın Texnoloji Platformaları (ETP) və elmi-tədqiqat şəbəkələri ilə əlaqələrin qurulması və dəstəklənməsinə dair iclas, noyabrın 14-də isə EAST-HORIZON layihəsinin Azərbaycan tətqiqatçıları üçün HORİZON 2020 Çərçivə Proqramında iştirak etmək qaydalarına dair təlimin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə Almaniya, Avstriya, İtaliya, Fransa, Macarıstan, Portuqaliya, Estoniya, Türkiyə, Polşa,Yunanıstan, İsrail, Rusiya, Belarusiya, Moldova, Ukrayna, Gürcüstan, Qazağıstan, Qırğızıstan və Özbəkistandan olan 60 tədqiqatçının iştirakı nəzərdə tutulub.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti