"Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edildi 30.09.2014    17:33

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi "Azərbaycanda "Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda analitik məqalə və videosüjet müsabiqəsi elan edir.

"Mənim E hökum@im” adı altında "Ən yaxşı məqalə” və "Ən yaxşı videomaterial” olmaqla 2 (iki) nominasiya üzrə nəzərdə tutulmuş müsabiqənin elan edilməsi üçün BMM-də təqdimat keçiriləcək. Təqdimatda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səlahiyyətli nümayəndələri, jurnalistlər, ictimai xadimlər iştirak edəcək.

Müsabiqənin məqsədi və vəzifələri:

  • Dövlət orqanları tərəfindən təqdim edilən elektron xidmətləri geniş kütləyə çatdırmaq;
  • “Elektron hökumət” portalının (e-gov.az) populyarlığını artırmaq;
  • Yeni elektron xidmətlərin yaradılmasında səmərəli təkliflərdən yararlanmaq;
  • Portalın fəaliyyətinin təkmilləşdirilməsi üçün çatışmazlıqları araşdırmaq;

Müsabiqə aşağıdakı mövzuları əhatə etməlidir:

  • “Elektron hökumət” nədir?
  • “Elektron hökumət” portalına nə üçün ehtiyacımız var?
  • Ölkənizdə “Elektron hökumət” necə fəaliyyət göstərir?
  • “Elektron hökumət”in cəmiyyətimiz üçün faydaları

Müsabiqənin tələbləri və mükafat fondu yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müsabiqə barədə əlavə məlumatları “Elektron hökumət” portalından (www.e-gov.az), eləcə də RYTN-in Mətbuat xidmətindən əldə etmək olar.

mincom.gov.az

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti